Hukstra: Aİ emissiya bazarını investisiya mənbəyinə çevirmək niyyətindədir
Avropa Komissiyası iqlim hədəflərinə nail olmaq kursunu saxlamaqla yanaşı, onların satışından əldə olunan gəlirləri Avropa sənayesinin modernləşdirilməsinə və dekarbonizasiyasına yönəltməklə istixana qazları emissiya kvotalarının ticarəti sistemində (ETS) islahatlar aparmağı təklif edir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Brüsseldə keçirilən mətbuat konfransında iqlim üzrə Avropa komissarı Vopke Hukstra bildirib.
Onun sözlərinə görə, 2005-ci ildə işə salındığı vaxtdan bəri ETS onun əhatə etdiyi sektorlarda emissiyaları təxminən 50 % azaltmağa kömək edib və təqribən 270 milyard avro gəlir gətirib. Lakin bu vəsaitlərin əhəmiyyətli hissəsi sənayenin dekarbonizasiyasına yönəldilməyib və Avropa şirkətləri Aİ hüdudlarından kənarda dövlət subsidiyaları alan istehsalçıların rəqabəti ilə getdikcə daha çox üzləşirlər.
Avropa Komissiyası Avropada emissiyaların azaldılmasına investisiya yatıran müəssisələr üçün 2030-cu ildən sonra ödənişsiz kvotaları saxlamağı təklif edir.
V.Hukstra həmçinin bildirib ki, sənayenin dekarbonizasiyasının maliyyələşdirilməsi üçün yeni Sənaye Dekarbonizasiyası Bankı vasitəsilə 100 milyard avro, o cümlədən 2030-cu ilə qədər 30 milyard avro ayrılması planlaşdırılır.
Oxşar xəbərlər
SAXAL HƏMAS-ın yüksəkrütbəli rəsmisini məhv edib
İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza zolağının cənub hissəsində radikal HƏMAS qruplaşmasının hərbi qanadına mənsub bölük komandirini zərərsizləşdirib. Bildirilir...