Hovuzda, dənizdə dincələn TÜRKİYƏLİ MƏŞHURLAR
Türkiyəli məşhurların yay istirahəti davam edir. Onlar dincəlmək üçün qonşu ölkənin müxtəlif istirahət mərkəzlərini seçiblər.
BAKU.WS xəbər verir ki, aktrisa Devrim Özkan hazırda Bodrumda dincəlir. O Yalıkavakda dənizdə "flyboard" edərkən görüntülənib. Devrim əyləncəli anları sosial şəbəkə izləyiciləri ilə bölüşüb. Aktrisa "flyboard" şousundan sonra çətir altında şezlonqda dincəlib.
Məşhur müğənni Mahsun Kırmızıgül də hazırda Bodrumdadır. İfaçı oraya səhnə almaq üçün gedib. Sənətçi qaldığı oteldə hovuzdan çıxarkən kameralar tuş gəlib. Sənətçi daha sonra günəş vannası qəbul edib.
Müğənni Deniz Seki də həmkarları kimi yayı istirahət etməklə keçirir. O öz villasında istirahət edir. İfaçı hovuzdan olan görüntülərini sosial şəbəkə hesabında paylaşıb. iki aya 15 kiloqram arıqlayan müğənni fit görünüşü ilə məşhur aktrisa Deniz Çakıra bənzədilib.
Oxşar xəbərlər
Türkiyədə fabrikdə baş verən güclü yanğının GÖRÜNTÜLƏRİ
Türkiyədə plastik məhsulların istehsal edildiyi fabrikada yanğın olub. BAKU.WS xəbər verir ki, yanğın səhər saat 7:30 radələrində Tuzlanın Tepeören məhəlləsind...