Hörmüz boğazındakı gərginlik neft qiymətlərini pik həddə çatdıra bilər
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin Enerji naziri Kris Rayt bildirib ki, Hörmüz boğazında yaranan gərginlik neft qiymətlərini yaxın həftələrdə kəskin artıra bilər. O, bunu Semafor World Economy Conference zamanı deyib.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, nazir qeyd edib ki, İranla uzunmüddətli gərginlik enerji bazarı üçün risk yaradır. Onun sözlərinə görə, qiymətlər hazırda yüksək qala bilər. Hətta artım da mümkündür.
Rayt bildirib ki, sabit gəmi hərəkəti bərpa olunmayana qədər vəziyyət dəyişməyəcək. Qiymətlərin enməsi isə münaqişənin bitməsindən asılıdır. Yaxın aylarda ucuzlaşma gözlənilmir.
Qeyd edək ki, Hürmüz Boğazı neft və LNG daşımaları üçün əsas marşrutdur. ABŞ və İsrail–İran gərginliyi bu marşrutda riskləri artırıb.
Xatırladaq ki, United States Central Command isə İran limanları ilə bağlı dəniz blokadası elan edib.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...