Hörmüz boğazında vurulan yük gəmisində 3 nəfər itkin düşdü
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Hörmüz boğazında mərmi ilə vurulan yük gəmisində 3 nəfər itkin düşüb.
BAKU.WS "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə Tayland Nəqliyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Hörmüz boğazında mərmilərlə vurulan Tayland gəmisindən iyirmi heyət üzvü xilas edilib, lakin üç heyət üzvü hələ də itkindir.
Nazirlik onu da qeyd edib ki, heyət gəmini xilasetmə qayığında tərk edib və onlar Oman donanması tərəfindən xilas ediliblər.
Hadisə şahidləri bildirib ki, gəminin arxa hissəsində partlayış baş verib və qalan üç heyət üzvünün işlədiyi mühərrik bölməsi alışaraq yanıb.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...