Hörmüz boğazında LNG daşıyan gəmi hücuma məruz qalıb
Yeniliklərdən dərhal xəbərdar olun
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan gəmi hücuma məruz qalıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, LNG daşıyan gəmiyə Hörmüz boğazının cənub marşrutunda zərbə endirilib.
"Bermuda bayrağı altında qeydiyyatdan keçmiş "Gazlug Shangal" adlı bu tankerin yükü Qətər LNG-si olub. Gəmi bu qanunsuz marşrutla keçərkən mövqetəyinetmə sistemlərini söndürüb", - məlumatda bildirilib.
Tankerin Hörmüz boğazının cənub hissəsində, Oman sularında hücuma məruz qaldığı vurğulanıb.
Qeyd edək ki, Hörmüz boğazının cənub marşrutu rəsmi olaraq gəmi hərəkəti üçün açıq qalsa da, hərbi təhdidlər və mina təhlükəsi səbəbindən yüksək risk daşıyır. İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) cənub istiqamətindəki suların minalandığını, həmin marşrutdan istifadənin təhlükəli olduğunu bildirib.
Oxşar xəbərlər
Antalyada güclü leysan yağışları selə səbəb oldu
Antalyada güclü leysan yağışları nəticəsində sel yaranıb. BAKU.WS xəbər verir ki, xüsusilə Demre rayonunda təsirini artıran sərt hava şəraiti əhaliyə və təsərr...