Hörmüz boğazında gəmilərdən ödəniş alınması təklif edilib
İran və Omanın Hörmüz boğazının idarə olunması çərçivəsində gəmilərdən inzibati ödəniş alınmasını nəzərdə tutan planı ABŞ-yə təqdim etdiyi iddia olunub.
BAKU.WS xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, ötən ay imzalanan memorandum çərçivəsində ABŞ və İran gəmilərin 60 gün ərzində boğazdan təhlükəsiz və sərbəst keçidi barədə razılığa gəlib. Bu müddətdən sonra isə su yolunun idarə olunması ilə bağlı İran, Oman və digər Körfəz ölkələri arasında danışıqlar aparılacaq.
Omanın xarici işlər naziri Bədr bin Həməd əl-Busaidi bildirib ki, ölkəsi məcburi keçid haqqını dəstəkləmir. Onun sözlərinə görə, söhbət Malakka və Sinqapur boğazlarında olduğu kimi, su yolunun saxlanılması üçün gəmiçilik şirkətlərindən könüllü ödənişlərin toplanmasından gedə bilər.
Mənbələrin iddiasına əsasən, ABŞ təkliflə bağlı müəyyən narahatlıqlarını ifadə edib. Ağ Evin sözçüsü Anna Kelli isə Prezident Donald Trampın İranın beynəlxalq su yolu olan Hörmüz boğazından keçid üçün ödəniş tələb edə bilməyəcəyini açıq şəkildə bəyan etdiyini bildirib.
ABŞ dövlət katibi Marko Rubio da beynəlxalq hüquqa əsasən heç bir ölkənin beynəlxalq su yollarından keçidə görə vergi və ya ödəniş tələb edə bilməyəcəyini vurğulayıb.
Bununla belə, Yaxın Şərqdən olan bir rəsmi İranın ödənişlərin tətbiqində israrlı olduğunu və gələcəkdə bu mexanizmin müəyyən formada qəbul ediləcəyinə inandığını iddia edib. Bildirilib ki, toplanacaq vəsaitlər dəniz təhlükəsizliyi, xilasetmə əməliyyatları və texniki dəstək kimi məqsədlərə yönəldilə bilər.
Oxşar xəbərlər
Türkiyə avro ödəniş zonasına qoşulmaq istəyir
Türkiyə Avropa İttifaqının vahid avro ödəniş zonasına (SEPA) qoşulmaq üçün rəsmi müraciət edib. BAKU.WS xəbər verir ki, bu barədə Aİ–Türkiyə Yüksək Səviyyəli İq...