Hollivud aktyoru həyatdakı ən böyük peşmanlığını açıqladı
Hollivudun sevilən aktyorlarından olan Bill Mürrey həyatdakı ən böyük peşmanlığını açıqlayıb.
BAKU.WS xəbər verir ki, "Talk show"lardan birinə qonaq olan Bill bir zamanlar məşhur aktyor və rejissor Klint İstvudun filminə çəkilməkdən imitna edib.
Aktyor bunun həyatındakı ən böyük peşmanlıq olduğunu vurğulayıb.
"Uzun illər əvvəl Klin İstvudun o dövrdəki filmlərini izlədim. Öz-özümə bu adama zəng etməliyəm dedim və etdim. O məndən başqa bir filmə çəkilmək istəyib-istəmədiyimi soruşdu. Mən də nə vaxt qədər hərbi janrlı filmdə çəkiləcəm deyə düşündüm və onun bu təklifini geri çevirdim. Daha sonra o, 1986-cı ildə "Heartbreak Ridge" filmini çəkdi. Mənə təklif etdiyi rolda da özü oynadı. Bu mənim həyatdakı ən böyük peşmanlığım idi" - deyə, Bill Mürrey qeyd edib.
Oxşar xəbərlər
Finlandiya Prezidenti Avropa İttifaqının 40 ölkəyədək genişləndirilməsini təklif edib
Finlandiya Prezidenti Aleksandr Stubb Avropa İttifaqının üzv ölkələrinin sayının 27-dən 40-a çatdırılmasını təklif edib. BAKU.WS xəbər verir ki, prezident bu b...