Hizbullah və İsrail arasında atəşkəs razılaşması qüvvəyə minib
Livan və İsrail arasında əldə olunan atəşkəs razılaşması ABŞ və Fransa təşəbbüsü ilə razılaşdırılaraq, yerli vaxtla saat 04:00-da qüvvəyə minib.
Bu barədə Livanın "Əl-Nahar" qəzeti yazıb.
Məlumata görə, razılaşma Livan ordusunun BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin dəstəyi ilə cənub sərhədi boyunca mərhələli şəkildə yerləşdirilməsini nəzərdə tutur. Paralel olaraq, İsrail ordusunun Livanın cənubundan tədricən geri çəkilməsi həyata keçiriləcək.
Eyni zamanda, Livan hakimiyyəti razılaşma çərçivəsində qeyri-qanuni silahlı birləşmələrin fəaliyyətinin qarşısını almağı və qaçaqmalçılıq yolu ilə silah tədarükünü dayandırmağı öhdəsinə götürüb. Bununla yanaşı, qanunsuz silah və sursat istehsal edən obyektlərin ləğv ediləcəyi, silah ehtiyatlarının isə müsadirə olunacağı bildirilib.
Bu addımlar bölgədəki gərginliyi azaltmaq və davamlı sülhə nail olmaq məqsədini daşıyır.
Oxşar xəbərlər
Sakit Okean sahillərində 7.2 ballıq zəlzələ - Sunami təhlükəsi elan olunub
Sakit okeanda, Vanuatu sahillərində 7,2 maqnitudalı zəlzələ qeydə alınıb. BAKU.WS xəbər verir ki, ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, yeraltı təkanla...