"Hizbullah" qruplaşmasının dəstələrindən birinin komandiri öldürülüb
İsrail ordusu Nabatiyada "Hizbullah" qruplaşmasının dəstələrindən birinin komandirini məhv edib.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, söhbət Məhəmməd Kamil Naidən gedir.
İsrailin mülki vətəndaşlarına qarşı tank əleyhinə raketlərdən istifadə edilən hücumlar da daxil olmaqla, bir çox terror hücumlarının planlaşdırılması və həyata keçirilməsinə cavabdeh olub.
Qeyd edək ki, sentyabrın 23-də İsrail "Hizbullah" qruplaşmasına qarşı Livan ərazisində hərbi obyektlərə kütləvi aviazərbələr endirdiyi "Şimal oxları" əməliyyatına başlayıb.
27 sentyabrda Beyrutda "Hizbullah" lideri Həsən Nəsrullah bu hücumlar nəticəsində öldürülüb. Təşkilat onun ölümünü təsdiqləyib və İsrailə qarşı mübarizəni davam etdirəcəyini vəd edib. Oktyabrın 1-nə keçən gecə İsrail ordusu Livanın cənubundakı sərhəd bölgələrində quru əməliyyatlarına başladığını elan edib.
Oxşar xəbərlər
Taliban: Əfqanıstanda sülh bərqərar olub, ölkə dünya ticarətinin tranzit mərkəzinə çevrilə bilər
Əfqanıstanın xarici işlər naziri Əmir Xan Müttəqi ölkədə hərbi əməliyyatların dayandırıldığını və sabitliyin təmin edildiyini bildirib. BAKU.WS xəbər verir ki,...