"Hizbullah" İsrail ordusunun şimaldakı bazalarına hücum edib
Yeniliklərdən dərhal xəbərdar olun
Livanın "Hizbullah" təşkilatı İsrailin şimaldakı Biriya, Qalia və Snir bölgələrində yerləşən hərbi bazalarını raket atəşinə tutub.
BAKU.WS TASS-a istinadən xəbər verir ki, bu barədə qurumun teleqram kanalında yerləşdirilmiş bəyanatında deyilir.
"Müqavimət döyüşçüləri "Katyuşa" atıcılarından düşmən qüvvələrinə atəş açıblar. Nəticədə Yuxarı Qaliley və Qolan yüksəkliklərində yerləşən üç briqadanın qərargahı və səhra düşərgələri vurulub",-deyə məlumatda bildirilir.
Qolan təpələrinin cənubundakı Feylonqda yerləşən "HaBaşan" 210-cu ərazi diviziyasının yerləşdiyi əraziyə də raket zərbələri endirilib. Qərbi Qalileydə Hayfa şəhərinin şimalında yerləşən 188-ci "Barak" zirehli briqadasının kazarmaları atəşə tutulub.
Ümumilikdə günorta saatlarında İsrail mövqelərinə 130-dan çox raket atılıb.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...