Hindistanlı milyarderə "rüşvət" və "dələduzluq" İTTİHAMI

Hindistanlı milyarderə rüşvət və dələduzluq İTTİHAMI
Dünya 59

ABŞ prokurorları "Adani Group" şirkətinin sahibi, Hindistanlı milyarder Qautam Adani də daxil olmaqla 8 nəfəri yüz milyonlarla dollarlıq rüşvət vermək və bunu ABŞ-lı investorlardan gizlətməkdə ittiham edir.

BAKU.WS xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Nyu York Prokurorluğunun verdiyi məlumata görə, Qautam Adani, Saqar Adani və Vnit Jain ilə digər beş nəfər qiymətli kağızlarla bağlı dələduzluq, elektron fırıldaqçılıq və əlaqədar qanunların pozulmasında təqsirli bilinirlər.

Bildirilir ki, ittiham olunan şəxslər 2020-2024-cü illər arasında 2 milyard dollardan çox gəlir gətirəcəyi gözlənilən sərfəli günəş enerjisi müqavilələrini təmin etmək üçün Hindistan rəsmilərinə 250 milyon dollardan çox rüşvət vermək planında iştirak ediblər.

Eyni zamanda, ABŞ investorlarını və maliyyə qurumlarını aldatmaq məqsədilə rüşvətə qarşı qanunlarla bağlı yanlış məlumatlar təqdim edərək bu layihələr üçün maliyyə vəsaiti topladıqları iddia olunur.

Son xəbərlər