Hindistanda saç tökülməsi epidemiyası: ekspertlər araşdırmağa başladı

Hindistanın Buldhana bölgəsindəki kəndlərdə sürətlə yayılan və saç tökülməsinə səbəb olan bir epidemiya narahatlıq yaradıb.
BAKU.WS xəbər verir ki, səhiyyə işçiləri təcili olaraq bölgəyə cəlb edilib, mütəxəssislər isə epidemiyanın mənbəyini müəyyənləşdirmək üçün çalışırlar.
Yerli əhali arasında "saçsızlıq virusu" kimi tanınan bu xəstəliyin ilkin araşdırmalara əsasən, saç, baş dərisi və dırnaqlara təsir edən bir göbələk infeksiyası olmadığı bildirilib. Bununla yanaşı, mütəxəssislər bunun yalnız ilkin nəticələr olduğunu və dəqiq diaqnoz üçün daha geniş analizlərə ehtiyac olduğunu vurğulayıblar.
Həlledici əhəmiyyət daşıyan mikrobioloji hesabatların cümə axşamına qədər yayımlanması gözlənilir.
Digər tərəfdən, Hindistan Tibb Araşdırmaları Şurasından (ICMR) bir ekspert qrupunun iki gün ərzində bölgəyə səfər edərək ətraflı araşdırmalara başlayacağı açıqlanıb.
Bu epidemiya yerli sakinlər arasında ciddi narahatlığa səbəb olub və hökumət tərəfindən ciddi nəzarət altına alınıb.

Oxşar xəbərlər
HƏMAS-ın "Şücaiyyə" batalyonunun daha bir komandiri öldürülüb
İsrail Müdafiə Qüvvələri (IDF) hərbi əməliyyatların başladığı 2023-cü ilin oktyabr ayından bəri Qəzza zolağının şimalında HƏMAS-ın "Şücaiyyə" batalyonunun sayca...