Hindistanda Nipah virusundan ikinci ölüm qeydə alındı
Yeniliklərdən dərhal xəbərdar olun
Hindistanda Nipah virusuna yoluxma nəticəsində ikinci ölüm halı qeydə alınıb. Məlumata görə, xəstəxanada "ilk pasiyentə" qulluq edən 25 yaşlı tibb bacısı həyatını itirib.
BAKU.WS xəbər verir ki, bildirilir ki, tibb bacısı yanvar ayında xəstəxanada müalicə alan yoluxmuş pasiyentdən virusa yoluxub. O, təxminən bir ay komada qalıb və vəziyyəti kritik olub. Test nəticəsi sonradan mənfi göstərsə də, onda ağır ağciyər infeksiyası inkişaf edib və süni tənəffüs aparatına qoşulub.
Məlumata əsasən, qadın virusun yaratdığı ağırlaşmalar səbəbindən dünyasını dəyişib. Onun immun sisteminin zəiflədiyi və ürək dayanmasının baş verdiyi bildirilir.
Qeyd edək ki, Nipah virusu insanlara heyvanlardan, xüsusilə yarasalar və donuzlardan keçə bilir. Virus tənəffüs sistemini zədələyir, ensefalitə səbəb olur və vaxtında müdaxilə olunmadıqda halların təxminən 75 faizində ölümlə nəticələnə bilər.
Yanvar ayında virusun yayılması Hindistanın Kəlküttə şəhəri yaxınlığında qeydə alınıb. Hazırda beş nəfərin yoluxduğu, yüzə yaxın şəxsin isə karantinə alındığı bildirilir. Xəstəliyin müalicəsi üçün təsdiqlənmiş dərman və ya peyvənd mövcud deyil.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...