Hindistanda bina uçdu: 11 ölü, 11 yaralı
Hindistanın Delhi əyalətində yerləşən 4 mərtəbəli binanın uçması nəticəsində azı 11 nəfər həyatını itirib, 11 nəfər isə xəsarətlə xəstəxanaya yerləşdirilib.
BAKU.WS xəbər verir ki, yerli rəsmilərin verdiyi məlumata görə, uçan bina inşaat standartlarına uyğun tikilməyib və icazəsiz ərazidə yerləşib. Hadisə ilə əlaqədar ətrafdakı digər tikililərin də təhlükəsizlik baxımından yoxlanılacağı bildirilib.
Hindistanın Baş naziri Narendra Modi sosial şəbəkədə paylaşım edərək həlak olanların yaxınlarına başsağlığı verib. O, vəfat edənlərin ailə üzvlərinə 200 min Hindistan rupisi (təxminən 2 300 ABŞ dolları) məbləğində kompensasiya veriləcəyini açıqlayıb.
Oxşar xəbərlər
Əsəbləri sakitləşdirən qidalar açıqlanıb
Bəzi qidalar sinir sisteminin normal fəaliyyətini dəstəkləyir, stressin idarə olunmasına və əhval-ruhiyyənin yaxşılaşmasına kömək edə bilər. BAKU.WS xəbər verir...