HƏMAS Uitkoffun Qəzza təklifinə cavabı vasitəçilərə təhvil verib
Fələstinin HƏMAS hərəkatı ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoffun Qəzza zolağında atəşkəslə bağlı təklifinə cavabını vasitəçilərə təqdim edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə HƏMAS-ın teleqram kanalında dərc olunmuş məlumatda qeyd olunub.
"Bu gün HƏMAS vasitəçilərə Uittkoffun son təklifinə cavabını verdi. Gələcək razılaşmanın bir hissəsi olaraq, razılaşdırılmış sayda fələstinli məhbusun İsrail həbsxanalarından azad edilməsi müqabilində 10 israilli girovu azad etməyə və 18 cəsədi təhvil verməyə hazırıq", - bəyanatda bildirilir.
HƏMAS əlavə edib ki, hərəkatın cavabı Qəzzada daimi atəşkəs, İsrail qoşunlarının anklavdan çıxarılması və oraya humanitar yardımın daxil olması tələblərini ehtiva edir.
Hərəkatın girovları azad etməyə hazır olduqları müddət barədə məlumat verilmir.
Oxşar xəbərlər
Meteoritdən zərər görən kosmik gəmi Çinə eniş edib
Meteoritdən zərər çəkmiş kosmik gəmi Çinə eniş edib. BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, mikrometeoritdən zərər çəkmiş Shenzhou-20 kosmik gəmisi 1...