HƏMAS: İsrailin Qəzzaya yeni zərbələrinə görə məsuliyyət ABŞ-nin üzərinə düşür
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail Silahlı Qüvvələrinin Qəzza zolağına endirdiyi zərbələrə görə məsuliyyət ABŞ-nin üzərinə düşür, çünki o, İsrail tərəfinə hər cür dəstək göstərir.
"Report" xəbər verir ki, bu barədə BFMTV telekanalı HƏMAS-ın bəyanatına istinadən məlumat yayıb.
"ABŞ İsrailə qeyri-məhdud siyasi və hərbi dəstək göstərdiyi üçün Vaşinqton Qəzzada qadın və uşaqların öldürülməsinə görə tam məsuliyyət daşıyır", - bəyanatda bildirilib.
Daha əvvəl Ağ Evin nümayəndəsi Kerolayn Levitt "Fox News" telekanalının efirində təsdiqləyib ki, İsrail tərəfi Qəzzaya hava zərbələri endirməzdən əvvəl ABŞ Prezidenti Donald Tramp administrasiyası ilə məsləhətləşib.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...