HƏMAS atəşkəs rejimi müqabilində 34 girovu sərbəst buraxacaq

HƏMAS atəşkəs rejimi müqabilində 34 girovu sərbəst buraxacaq
Dünya 45

Fələstin HƏMAS hərəkatı İsrail tərəfi tərəfindən təqdim olunan siyahıda adı olan 34 girovu azad etməyə razılıq verdiyini bəyan edib.

Bu barədə "Asharq" telekanalına məlumat yayıb.

Əsirlikdə olan şəxslərin azad edilməsi razılaşmanın ilk mərhələsi çərçivəsində mümkün olacaq. Bu razılaşma, Qəzza zolağında atəşkəs rejiminin tətbiqini nəzərdə tutur.

İsrailin təqdim etdiyi siyahıya Qəzza zolağında saxlanılan qadınlar, uşaqlar və xəstə insanlar daxildir. Siyahı HƏMAS tərəfindən təsdiq olunub və danışıqlar zamanı razılaşdırılmış meyarlara uyğundur.

Fələstin hərəkatı İsrailin adlarını çəkdiyi girovları azad etmək qərarına gəlib, lakin bu şəxslərin sağ olub-olmadığını dəqiqləşdirmək üçün təxminən yeddi gün tələb olunacağını bildirib.

Dünən "Reuters" agentliyi HƏMAS təşkilatına istinadən xəbər verib ki, 34 girovun adları təsdiqlənib və onların azad edilməsi planlaşdırılır. Lakin İsrail Baş nazirinin ofisinin müşaviri Dmitri Hendelman bildirib ki, Təl-Əviv hələlik fələstinli hərəkatdan əsirlər siyahısını almayıb.

Son xəbərlər