Həmas 4 israilli qadın əsir əsgərə qarşı 200 fələstinlinin azad olunmasını gözləyir

Həmas 4 israilli qadın əsir əsgərə qarşı 200 fələstinlinin azad olunmasını gözləyir
Dünya 15

Həmas nümayəndəsi Nahid əl-Fəhuri yaxın günlərdə israilli 4 qadın əsir əsgərin ömürlük həbsə məhkum edilmiş 200 fələstinlinin azad olunması ilə dəyişdiriləcəyini gözlədiklərini bildirib.

BAKU.WS xəbər verir ki, Həmasın Əsirlər üzrə İnformasiya Mərkəzi yazılı açıqlamasında Fəhuri Fələstin müqavimət qruplarının İsraillə razılaşdırdığı atəşkəs və əsir mübadiləsi razılaşmasının birinci mərhələsinin ikinci hissəsinin 25 yanvar şənbə günü başlayacağını qeyd edib.

Fəhuri Qəzzada saxlanılan israilli əsirlərin adlarının İsrail tərəfinə təqdim olunacağını və Tel-Əvivin də qarşı tərəfə azad ediləcək fələstinli məhbusların siyahısını təqdim edəcəyini bildirib. Bu siyahılar əsasında 26 yanvar bazar günü mübadilənin həyata keçiriləcəyi vurğulanıb.

Fəhuri əlavə edib ki, razılaşmaya əsasən hər bir israilli qadın və ya kişi əsgərə qarşı 30-u ömürlük həbs cəzası almış 50 fələstinli məhbus azad ediləcək.

Əgər Həmas israilli 4 qadın əsgərin adlarını təqdim edərsə, onlara qarşı 120-si ömürlük həbs cəzası almış 200 fələstinli məhbusun azad ediləcəyi diqqətə çatdırılıb. İsrailli qadın əsgərlərin sayında azalma olarsa, fələstinli məhbusların sayında da müvafiq azalma olacağı qeyd edilib. Fəhuri bəzi azad ediləcək fələstinli məhbusların Misirə göndərilə biləcəyini də vurğulayıb.

Son xəbərlər