HƏMAS 20 israilli girovun azad ediləcəyini açıqladı
Yeniliklərdən dərhal xəbərdar olun
HƏMAS bu gün sağ qalmış 20 israilli girovun azad edilə biləcəyini təsdiqləyib.
BAKU.WS xəbər verir ki, "The Wall Street Journal" yazır ki, təşkilat bu barədə mesajı ərəb ölkələri vasitəsilə İsrailə göndərib.
İsrail tərəfi girovları bu axşam qəbul etməyə hazır olduqlarını bildirir. Lakin rəsmilər prosesin oktyabrın 13-də baş tutmasının daha real olduğunu qeyd ediblər.
Məlumata görə, HƏMAS həmçinin 28 israilli girovun cəsədini də təhvil verməlidir.
Eyni zamanda, Kerem Şalom keçid məntəqəsi vasitəsilə Qəzzaya ilk humanitar yardım maşınlarının daxil olmasına da başlanılıb.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...