Helikopter qəzası: 3 nəfər öldü
Yeniliklərdən dərhal xəbərdar olun
İtaliyanın şimalındakı Parma şəhəri yaxınlığında helikopter qəzaya uğrayıb. Hadisə nəticəsində 3 nəfər həyatını itirib.
BAKU.WS xəbər verir ki, qəza Parma şəhərinə bağlı Castelguelfo bölgəsində, dünən yerli vaxtla saat 19:30 radələrində baş verib. Helikopterdə olan iki pilot və iş adamı Lorenzo Rovagnatinin həlak olduğu bildirilib.
İlkin ehtimallara görə, qəza ya sıx duman səbəbindən məhdud görmə qabiliyyətindən irəli gələn pilot xətası, ya da quyruq pərinin mexaniki nasazlığı nəticəsində baş verib.
İtaliya Milli Uçuş Təhlükəsizliyi Agentliyi (ANSV) qəza ilə bağlı araşdırmalara başlayıb. Parma Prokurorluğu isə helikopterin qara qutusunun tapılıb araşdırılması barədə göstəriş verib.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...