Hələb aeroportu yaxın günlərdə fəaliyyətini bərpa edəcək
15
mar
2025
22:36
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Hələb Beynəlxalq Hava Limanı martın 18-də fəaliyyətini bərpa edəcək.
"Report" SANA agentliyinə istinadən xəbər verir ki, bu barədə Suriyanın Mülki Aviasiya İdarəsi məlumat yayıb.
Qurumdan bildirilib ki, Hələb hava limanı bütün texniki və inzibati prosedurlar başa çatdıqdan sonra uçuşları qəbul etməyə hazırdır.
2024-cü il dekabrın 8-də Dəməşqdə hakimiyyət dəyişikliyindən sonra Suriya ilə beynəlxalq hava əlaqəsi yanvarın 7-də Dəməşq Beynəlxalq Hava Limanı vasitəsilə bərpa edilib. Suriyaya ilk kommersiya uçuşu Dohadan həyata keçirilib.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...