Həkim xəbərdarlıq etdi: Xoruldama bu halda təhlükəlidir
Xoruldama bəzi hallarda sağlam insanlarda da müşahidə oluna bilər. Lakin onun mütəmadi və yüksək səslə baş verməsi, xüsusilə yuxu zamanı nəfəsin dayanması ilə müşayiət olunması ciddi sağlamlıq probleminin əlaməti ola bilər.
BAKU.WS xəbər verir ki, bu barədə otorinolarinqoloq Yana Novikova "RT"yə açıqlamasında danışıb.
Həkimin sözlərinə görə, xoruldama nadir hallarda baş verirsə, insan normal yatır və gün ərzində özünü yaxşı hiss edirsə, adətən narahatlığa əsas olmur.
Lakin mütəmadi və yüksək səslə xoruldama, yaxınlarının yuxu zamanı nəfəsin vaxtaşırı dayandığını, daha sonra isə insanın qəfil və səsli şəkildə nəfəs aldığını müşahidə etməsi diqqət tələb edir. Bu əlamətlər obstruktiv yuxu apnesi sindromunun göstəricisi ola bilər.
Həkim aşağıdakı hallarda mütləq tibbi müayinədən keçməyi tövsiyə edib:
yuxu zamanı nəfəsin dayanması;
gecə boğulma və ya hava çatışmazlığı hissi;
tez-tez yuxudan oyanma;
səhərlər baş ağrısı;
kifayət qədər yatmasına baxmayaraq özünü yuxusuz hiss etmək;
gün ərzində güclü yuxululuq və yorğunluq.
Mütəxəssis xüsusilə avtomobil idarə edərkən, iş zamanı və ya diqqətin vacib olduğu digər vəziyyətlərdə istəmədən yuxuya getmənin ciddi xəbərdarlıq əlaməti olduğunu vurğulayıb.
Oxşar xəbərlər
ABŞ-də hərbçilərin peyvənddən sonra ölüm halları araşdırılır
ABŞ-də hərbçilərin COVID-19-a qarşı peyvənd olunmasından sonra baş verən ölüm hallarının vaksinasiya ilə əlaqəli olub-olmadığını müəyyənləşdirmək üçün araşdırma...