Həkim əvəzinə süni intellektə güvəndi, 5 il ÖMRÜ qaldı
Yeniliklərdən dərhal xəbərdar olun
İrlandiyada yaşayan 37 yaşlı Varren Tierney boğaz ağrısı və udqunma çətinliyi səbəbindən həkimə getmək əvəzinə süni intellektə (ChatGPT) müraciət edib. AI onun simptomlarını ciddi qəbul etməyərək "problem yoxdur" cavabı verib.
BAKU.WS xəbər verir ki, Tierney buna güvənərək həkimə getməyi gecikdirib. Ağrılar dözülməz hala gələndə müraciət etdiyi həkimlər ona yemək borusu xərçəngi diaqnozu qoyublar. Xəstəlik artıq irəlilədiyi üçün həkimlər onun ömrünün təxminən 5 il olduğunu bildiriblər.
Tierney bildirib ki, süni intellekt insanlara "eşitmək istədiyi cavabı" verir, amma tibbi məsələlərdə həkim məsləhətinin əvəzini verə bilməz. Hadisədən sonra OpenAI AI texnologiyalarının tibbi diaqnoz üçün istifadəsinin yolverilməz olduğunu bir daha vurğulayıb.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...