Həftəlik kirayəsi villa qiymətinə olan YAXTA HAMINI TƏƏCCÜBLƏNDİRDİ
Bodrumda sahilə bağlanan yaxtalardan biri hərkəsin təəccübünə səbəb olub.
BAKU.WS xəbər verir ki, yaxta "Sunrays" adlanır və 88 metr uzunluğundadır. O çox böyük olduğundan Bodrum limanının kənarında saxlanılıb.
Yayılan məlumatlara görə, yaxta Niderlandda istehsal edilib. Onun 9 lüks və geniş otaqları var.
Həmçinin yaxtada kino zalı, billiard otağı kitabxana iş otağı və 27 nəfər işçi mövcuddur.
Bir həftəlik kirayəsi 1 milyon 150 min avrodur. ( təxminən 2 milyon 278 min AZN) Yaxtanı varlı ailə iki həftəlik kirayə götürüb. Bu pula Bodrumda nəhəng villa almaq mümkündür.
Varlı ailə şəxsi təyyarə ilə bu yaxtaya gələcək daha sonra yaxta Egey dənizindən ayrılacaq.
Bu yaxtanın qazaxıstanlı milyarder tərəfindən kirayə götürüldüyü iddia edilib.
Oxşar xəbərlər
Səudiyyə Ərəbistanı ilə husilər arasında hərbi qarşıdurma güclənib
Səudiyyə Ərəbistanı ilə Yəməndəki husilər arasında hərbi əməliyyatlar intensivləşib. Tərəflər qarşılıqlı zərbələr endirir, münaqişənin yaxın zamanda danışıqlar...