Hayfa Neft Emalı Zavodu raket hücumundan sonra zədələnib

İsrailin Hayfa şəhərindəki neft emalı zavodu İranın raket hücumu nəticəsində lokalm ziyana məruz qalıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə obyektin operatoru məlumat yayıb.
"Şimalda Hayfa şəhərində yerləşən Bazan neft emalı kompleksinin obyektləri arasında boru kəmərləri və elektrik xətləri İran tərəfindən gecə saatlarında atılan raket atəşi nəticəsində lokal zədələnib", - məlumatda deyilir.
Şirkət bildirir ki, ərazidəki bir çox obyekt bağlansa da, bəzi emallar davam edir. Ölən və yaralananlar barədə məlumat yoxdur.
Qeyd edək ki, gecə ərzində Hayfaya 40-a yaxın raket atılıb, bir mərmi qonşu Tamra şəhərində yaşayış binasına düşüb. Nəticədə dörd nəfər ölüb.
Oxşar xəbərlər
İran İsrailə raket zərbələrindən YENİ GÖRÜNTÜLƏR
İran Silahlı Qüvvələri Təl-Əviv və Hayfa şəhərlərinə raket zərbələri endirir. BAKU.WS xəbər verir ki, bu barədə IRNA məlumat yayıb. "Hayfa və Təl-Əvivə silsilə...
