Havayda 4-cü dəfə vulkan püskürdü - XƏBƏRDARLIQ EDİLDİ
Havayda "Kilauea Yanardağı"nda daha bir vulkanında püskürüb. Bundan sonra əraziyə lava axını sürətlənib.
BAKU.WS xəbər verir ki, ötən ilin dekabrında fəaliyyətə başlayan vulkanda bu artıq 4-cü partlayışdır.
Amerika rəsmiləri xəbərdarlıq edir ki, vulkanın aktivliyi artdıqca lava daha çox püskürə bilər. Vulkanın fəaliyyətinin yaxından izlənildiyi bildirilib.
Xatırladaq ki, 2019-ci ildə Kilauea vulkanının püskürməsi Havay adalarının yaxın tarixinin ən dağıdıcı hadisələrindən biri olub.
Yaxınlıqdakı ərazilərin boşaldılmasına və yüzlərlə evin dağılmasına səbəb olub.
Burada 30 ildən artıqdır ki, tez-tez püskürmələr baş verir. Havay adalarında "Kilauea"dan başqa daha 5 aktiv vulkan var.
Qalereya
Oxşar xəbərlər
Bərzaninin evinə PUA hücumu olub
Rəsmi Bağdad İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzaninin evinə pilotsuz uçuş aparatı ilə (PUA) hücumdan sonra araşdırma aparılması barədə göstəriş ver...