Havadan benzin istehsal edən cihaz hazırlanıb

ABŞ-də şirkətlərdən biri havadakı karbon qazını istifadə edərək benzin istehsal edən cihaz hazırlayıb. Cihazın 2025-ci ilin payızında satışa çıxarılması planlaşdırılır.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, ixtiranı Nyu-Yorkda yerləşən "Aircela" adlı yanacaq şirkəti edib.
Şirkət bildirir ki, bu cihaz yalnız hava, su və bərpa olunan enerji ilə işləyir və ətraf mühitə zərərli heç bir tullantı yaratmır.
Soyuducu ölçüsündə olan bu cihaz əvvəllər mövcud olan "birbaşa karbon tutma" texnologiyasından fərqli istifadə olunur. Əvvəlki üsullarda karbon sadəcə toplanır və saxlanılırdı. Yeni cihaz isə karbonu birbaşa benzinə çevirir.
İstehsal olunan bu benzində kükürd, etanol və ağır metallar yoxdur. Şirkət bildirir ki, bu benzin hər hansı texniki dəyişiklik etmədən mövcud benzinlə işləyən mühərriklərdə rahatlıqla istifadə oluna bilər.
Şirkətin rəhbəri Erik Dalqren deyib: "Bu sadəcə prototip deyil, işlək cihazdır". "Popular Science" jurnalına açıqlamasında şirkət bildirib ki, cihaz gündə təxminən 37 litr karbon qazını toplayaraq 3,7 litr benzin istehsal edə bilir. Cihazın anbarında 64 litr benzin saxlamaq olur.
Hələlik cihazın qiyməti açıqlanmayıb. Amma şirkət bildirir ki, onu "sərfəli və geniş istifadə üçün uyğun" etməyə çalışırlar. Kiçik ölçüsü sayəsində bu cihazın daha sürətli və rahat yayılması gözlənilir.
"Aircela" şirkəti hesab edir ki, karbon neytral yanacaqdan geniş istifadə üçün bu cür daşına bilən cihazlar ən yaxşı yoldur. Satışların 2025-ci ilin payızında başlaması planlaşdırılır.
Oxşar xəbərlər
Hindistanda sərnişin təyyarəsinin qəzasının ilkin səbəbi məlum olub
Hindistanın Əhmədabad hava limanı yaxınlığında baş vermiş "Air India" aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzasına səbəb kimi quşlarla toqquşma ehtimalı...
