"Hatayspor"un da formasını geyinmiş futbolçu faciəvi şəkildə öldü
Yeniliklərdən dərhal xəbərdar olun
Bir zamanlar Türkiyədə "Hatayspor" klubunun formasını geyinən və Super Liqada bombardir olmuş qabonlu futbolçu Aaron Boupendzanın Çində çoxmərtəbəli binanın 11-ci mərtəbəsindən düşərək həyatını itirdiyi iddia olunur.
BAKU.WS xəbər verir ki, bu barədə haberler.com məlumat yayıb.
Rumıniya mediasında yer alan məlumatlara əsasən, Boupendza Çində vəfat edib. Hadisə ilə bağlı Çinli hüquq-mühafizə orqanları tərəfindən araşdırma başladılıb. Onun ölümündə intihar ehtimalı da nəzərdən keçirilir.
Peşəkar karyerası ərzində Boupendza "Hatayspor"dan sonra "Al-Shabab", ABŞ-ın "Cincinnati" və Rumıniyanın "Rapid Buxarest" klublarında çıxış edib. O, son olaraq Çinin "Zhejiang FC" klubunun heyətində oynayırdı.
Oxşar xəbərlər
Simonyan: Ermənistan 70 il Türkiyə ilə bağlı yanılıb
Ermənistan Türkiyə ilə münaqişə üçün prinsipcə heç bir əsasın yaranmamasına çalışmalıdır. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsiz...