Hasan Can Kaya evləndi
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyəli tanınmış komediyaçı Hasan Can Kaya uzun müddətdir birlikdə olduğu sevgilisi Duygu Karabaş ilə ABŞ-də ailə həyatı qurub.
BAKU.WS xəbər verir ki, cütlüyün nikah fotoları sosial şəbəkələrdə böyük marağa səbəb olub.
Məlumata görə, Hasan Can Kaya ötən ilin mart ayında evlilik qərarı verib. Qısa müddət əvvəl dil təhsili almaq üçün ABŞ-yə gedən komediyaçı nikah mərasimini də burada təşkil edib.
36 yaşlı Hasan Can Kaya evlilik xəbərini sosial media hesabında paylaşdığı nikah fotoları ilə açıqlayıb. O, paylaşımına "Dünən belə bir şey oldu" qeydini yazıb.
Qısa zamanda minlərlə bəyənmə və şərh alan paylaşımda istifadəçilər cütlüyə xoşbəxtlik arzulayıb. Hasan Can Kayanın kostyumu və Duygu Karabaşın gəlinliyi də sosial şəbəkə istifadəçiləri tərəfindən bəyənilib.
Qalereya
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...