Hakan Fidan Rusiya-Ukrayna heyətlərinin İstanbulda keçirilən görüşünün nəticələrini açıqlayıb

Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya və Ukrayna heyətləri arasında İstanbulda keçirilən görüşün nəticələrini açıqlayıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, o, bu barədə "X" hesabında yazıb.
"Bu gün dünya sülhü üçün mühüm bir gün idi. Gərgin diplomatik səylər nəticəsində Rusiya və Ukrayna nümayəndə heyətləri Türkiyənin vasitəçiliyi ilə İstanbulda görüş keçirib. Görüşün nəticəsi olaraq etimadın möhkəmləndirilməsi məqsədilə hər ölkədən min nəfərin mübadiləsi barədə razılığa gəliblər. Onlar, həmçinin atəşkəs əldə etməyə imkan verəcək şərtləri yazılı şəkildə qarşı tərəflə bölüşməyə razılaşıblar. Tərəflər yenidən görüşmək barədə də prinsipial razılığa gəliblər. Türkiyə olaraq Rusiya ilə Ukrayna arasında davamlı sülhün əldə olunması üçün hər cür səy göstərməyə davam edəcəyik", - o bildirib.
Oxşar xəbərlər
BMT İstanbulda Rusiya - Ukrayna danışıqlarında iştirak etməyib
BMT Türkiyənin İstanbul şəhərində Rusiya və Ukrayna arasında keçirilən danışıqlarda iştirak etməyib. BAKU.WS "Report"a istinadənu xəbər verir ki, bunu BMT Baş k...
