Gürcüstanın sabiq baş nazirinə yumurta atdılar- ANBAAN GÖRÜNTÜ
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanın sabiq baş naziri Giorgi Qaxariyə yumurta atılıb.
BAKU.WS xəbər verir ki, "Gürcüstan naminə" müxalifət partiyasının lideri Tbilisi Beynəlxalq Hava Limanında silahlı hücuma məruz qalıb.
Bir qrup gənc ona təhqiramiz ifadələr işlədiblər və üzərinə yumurta atıblar. Bu barədə "Sputnik Gürcüstan" məlumat yayıb.
Georgi Qaxari Münhen Təhlükəsizlik Konfransından qayıtdıqdan sonra bu hadisəni yaşayıb. Orada olan polis əməkdaşları keçmiş baş nazirin təhlükəsizliyi təmin edə bilib.
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller, "Gürcüstan naminə" müxalifət partiyasının hərəkətləri səbəbindən təcrid olunma təhlükəsi ilə üzləşdiyini bəyan edib.
Onun sözlərinə görə, Vaşinqton Gürcüstan vətəndaşlarına, etirazçılara, jurnalistlərə və müxalifət nümayəndələrinə, o cümlədən keçmiş baş nazir Giorgi Qaxariyə qarşı zorakılığı qətiyyətlə pisləyir.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...