Gürcüstanın iqtidar partiyasında prezidentliyə namizəd müzakirə edilir
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanın iqtidar partiyasında ölkənin prezidentliyinə namizəd seçimi intensiv müzakirə olunur.
"Report"un yerli bürosu xəbər verir ki, bunu "Gürcü Arzusu" Partiyasının icraçı katibi Mamuka Mdinaradze bildirib.
"Biz artıq komandamız daxilində bir çox namizədi müzakirə etmişik. Ola bilsin, gözlədiyimizdən çox əvvəl prezidentliyə namizədi açıqlayaq", - M.Mdinaradze deyib.
Onun sözlərinə görə, iqtidar partiyası keçmiş səhvlərdən qaçmaq üçün balanslı qərar qəbul etməyə çalışır.
Gürcüstanda prezident seçkiləri yeni parlamentin noyabrın 25-də baş tutmalı olan ilk iclasından sonra 45 gün ərzində baş tutacaq.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...