Gürcüstan və Ermənistan baş nazirləri arasında görüş olub
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tbilisidə erməni həmkarı Nikol Paşinyanla görüşüb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın baş nazirinin ofisi məlumat yayıb.
Görüş zamanı baş nazirlər ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığın vacibliyini, regionda sülhün və sabitliyin təmin edilməsində birgə səylərin rolunu vurğulayıblar.
Liderlər UEFA Millətlər Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində Gürcüstan və Ermənistan milli komandaları arasında keçiriləcək futbol matçına qatılacaqlar.
İlk səfər oyununda gürcülər erməniləri 3:0 hesabı ilə məğlub ediblər.
Oxşar xəbərlər
Yəmənin Hərbi Hava Qüvvələri Sənada husilərin iki raket qurğusunu məhv edib
Yəmənin Hərbi Hava Qüvvələri Sənada "Ənsar Allah" hərəkatı husilərinin mövqelərinə zərbə endirərək iki ballistik raket qurğusunu məhv edib. BAKU.WS "Report"a is...