Gürcüstan Prezidentindən Şok açıqlama: Seçkilərin nəticələrini tanımıram

Gürcüstan Prezidentindən Şok açıqlama: Seçkilərin nəticələrini tanımıram
Dünya 106

Gürcüstan Prezidenti Salome Zurabişvili ölkədə keçirilən parlament seçkilərinin nəticələrini tanımaqdan imtina edib.

BAKU.WS xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

"Mən bu seçkiləri tanımıram", - Zurabişvili brifinqdə bildirib.

Lakin o, bu qərarının hansı amillərə əsaslandığını açıqlamayıb.

Qeyd edək ki, Gürcüstanda oktyabrın 26-da keçirilən növbədənkənar parlament seçkilərində "Gürcü Arzusu" partiyası 48,1% səslə qalib gəlib. Müxalifətdəki "Vahid Milli Hərəkat" 27,2%, "Avropa Gürcüstanı" isə 3,8% səs toplayıb.

Seçki günü ölkədə 3 645 seçki məntəqəsi fəaliyyət göstərib. Seçicilərin ümumi sayı 3,5 milyona yaxın olub. Seçki prosesini 48 ölkədən 532 müşahidəçi izləyib.

Xatırladaq ki, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrel parlament seçkilərindən sonra Gürcüstanın siyasi qüvvələrini dialoqa çağırıb.

Zurabişvili həmçinin Gürcüstanda yeganə müstəqil institut olaraq qaldığını və səsvermənin nəticələrini tanımadığını bəyan edərək, vətəndaşları dinc etiraz aksiyasında iştirak etməyə dəvət edib. O, ölkədə baş verən total saxtakarlıqdan danışıb.

Oxşar xəbərlər

Pakistan İran yönümlü qruplaşmaya qarşı əməliyyata başlayıb

Pakistan İran yönümlü qruplaşmaya qarşı əməliyyata başlayıb

Sind Terrorla Mübarizə İdarəsi (CTD) Pakistanın ən böyük şəhəri Kəraçidə İran yönümlü Liva Zeynəbiyun qruplaşmasına qarşı əməliyyata başladığını elan edib. BAKU...

54 Dünya 23:23 23 oktyabr 2025

Son xəbərlər