Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayan Türkiyə təyyarəsi ilə bağlı səs yazısı araşdırılıb
Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayan Türkiyənin hərbi təyyarəsininin ekipajının səs yazısı incələnib.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, C-130 təyyarəsinin səs qeydiyyat cihazı araşdırıldıqdan sonra qəza anına qədər rəqəmsal məlumatlarda ekipaj üzvlərinin danışıqlarında və təyyarənin sistemlərində hər şeyin normal davam etdiyi, hadisənin qəfil baş verdiyi, təyyarənin quyruq hissəsinin gövdədən ayrılması səbəbindən FDR-a (Flight Data Recorder-uçuş məlumatları qeydiyyatçısı) aid elektrik və məlumat kabellərinin qırılması, buna görə də uçuş qeydiyyat cihazında qəzanın baş vermə səbəbini aydınlaşdıracaq heç bir əlavə məlumat tapılmadığı vurğulanıb.
Milli Müdafiə Nazirliyindən o da bildirilib ki, təyyarənin mühərriklərinin və pərlərinin ətraflı yoxlanılması nəticəsində qəzadan əvvəl onların düzgün işlədiyi aşkar edilib.
"Pərlərin ayrılması nəticəsində təyyarənin gövdəsində heç bir zədələnmə əlaməti aşkar edilməyib", - qeyd olunub.
Oxşar xəbərlər
Ağ Ev: Tehran Vaşinqtonla razılaşma əldə etməkdə maraqlıdır
Vaşinqton ABŞ və İran arasında danışıqların davam etdiyini açıqlayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, Ağ Evin mətbuat katibi Kerolayn Livitt bu barə...