Güney azərbaycanlı qaşqay türkləri və türkmən fəallar hüquq müdafiəçilərinə müraciət ünvanlayıblar

Güney azərbaycanlı qaşqay türkləri və türkmən fəallar hüquq müdafiəçilərinə müraciət ünvanlayıblar
Dünya 88

İranda sosial hüquqları müdafiə edən fəallar, qadın hüquqları müdafiəçiləri, vicdan azadlığı uğrunda mübarizə aparanlar, ekoloji fəallar və başqa haqsızlığa qarşı çıxan insanlar Tehran hakimiyyətinin zorakılığına məruz qalırlar.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Güney Azərbaycan, Qaşqay türkləri və Türkmən Səhra təşkilatı nümayəndələrinin insan hüquqlarını müdafiə qurumlarına müraciətində bildirilib.

Məlumata görə, İranda əzilən millətlərin hüquqları uğrunda mübarizə aparan fəallar, o cümlədən Güney Azərbaycanda və İranın başqa bölgələrindəki türk fəallar ən ağır təzyiqlərə və zorakılığa məruz qalan təbəqədir.

Bildirilib ki, bir çox azərbaycanlı ictimai fəal qondarma ittihamlarla şəffaf və ədalətli olmayan məhkəmələrdə müdafiə haqqı olmadan ağır cəzalara məhkum edilərək həbsxanalarda saxlanılır:

"Onların da arasında Əbdüləziz Əzimi Qədim, Tahir Nəqəvi, Vədud Əsədi, Mürtəza Pərvin, Ayaz Seyfxah, Araz Aman və Baqir Hacızadə kimi şəxslərin adlarını çəkmək olar".

Məlumata görə, Tehran həbsxanasında saxlanılan Əbdüləziz Əzimi Qədim ədalətsiz məhkəmə sisteminə etiraz olaraq aclıq aksiyasına başlayıb. Bildirilib ki, həbsxana rəhbərliyi onun ailəsi ilə telefon əlaqəsini tamamilə kəsib.

Müraciətdə qeyd edilib ki, BMT-nin İranda İnsan hüquqları üzrə xüsusi məruzəçisi May Satonun yaydığı hesabatda azərbaycanlı fəalların hüquqlarının kütləvi şəkildə pozulduğu və repressiyalara məruz qaldıqları vurğulanıb.

O, beynəlxalq ictimaiyyəti İranda vətəndaş və siyasi azadlıqların boğulmasının qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırıb.

Müraciəti Azərbaycan Demokratiya və İnkişaf Ocağı, Azərbaycan Demokrat Partiyası, Azərbaycan Mərkəz Partiyası, Azərbaycan Milli Dirəniş Təşkilatı, Güney Azərbaycan Demokrat Partiyası, Qaşqay Azadlıq Yolu Partiyası, Türkmən Səhra Mədəniyyət və Siyasi Təşkilatı imzalayıb.

Son xəbərlər