Günəşdə nadir görünən partlayış - İnsanlığı nə gözləyir?
Günəşdən atılan isti qara qaz emissiyasının Yerə heç bir təsiri olmayacaq.
BAKU.WS xəbər verir ki, "İzvestiya" qəzeti bu barədə astronom Vladimir Naumova istinadən məlumat yayıb.
O, neytral hidrogenin günəş işığının qarşısını aldığını və bu fenomenin qara görünməsinə səbəb olduğunu izah edib. Lakin astronomun fikrincə, atılan maddə fotosferada Günəşə qayıdır. Bu səbəbdən Naumovun iddia etdiyi kimi, bu hadisə insanlar üçün təhlükə yaratmır.
"Müvafiq olaraq, o, maqnit qasırğaları və ya hər hansı digər narahatlıq yaratmamalıdır", - deyə ekspert dəqiqləşdirib və əlavə edib ki, Yerin maqnit sahəsi insanları bu cür emissiyaların təsirindən və günəş fəaliyyətinin digər nəticələrindən qoruya biləcək.
Xatırladaq ki, bu gün Günəşdə "qara emissiya"nın qeydə alındığı məlum olub. Tədqiqatçıların fikrincə, bu fenomen çox nadir, lakin eyni zamanda gözəldir. Alimlər onu üç saat müşahidə ediblər.
Oxşar xəbərlər
Qəzzada son 24 saatda dağıntılar altından 120 nəfərin cəsədi çıxarıldı
Qəzza Zolağında son 24 saat ərzində dağıntılar altından 120 nəfərin cəsədi çıxarılaraq xəstəxanalara aparılıb. BAKU.WS xəbər verir ki, bu barədə Qəzzadakı Fələs...