Günəşdə güclü partlayış olub

Günəşdə güclü partlayış olub
Dünya 30

Alimlər Günəşdə bir gün ərzində artıq altıncı güclü alovlanmanın qeydə alındığını bildiriblər.

BAKU.WS xəbər verir ki, bu barədə fevralın 3-də Rusiya Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.

Mütəxəssislərin sözlərinə görə, fevralın 3-ü Bakı vaxtı ilə saat 11:01-də Günəşin 4366 nömrəli ləkələr qrupunda rentgen diapazonunda M7.2 sinifli alovlanma müşahidə olunub. Təxminən 35 dəqiqə davam edən bu proses gücünə görə ən yüksək X sinfinə yaxın hesab edilir.

Gün ərzində bundan əvvəl də M sinfinə aid daha beş alovlanma - M3.3, M2.5, M1.5, M1.8 və M2.6 qeydə alınıb.

Qeyd edək ki, Günəş alovlanmaları rentgen şüalanmasının intensivliyinə əsasən A-dan X-ə qədər təsnif edilir və hər növbəti sinif əvvəlkindən 10 dəfə daha güclü olur. Belə hadisələr çox vaxt plazma atılmaları ilə müşayiət olunur. Bu plazma Yerə çatdığı halda maqnit qasırğalarına səbəb ola bilər.

Son xəbərlər