Günəşdə güclü M sinifli partlayış baş verib
Yeniliklərdən dərhal xəbərdar olun
Günəşdə növbəti güclü alışma qeydə alınıb.
BAKU.WS xəbər verir ki, Rusiya Tətbiqi Geofizika İnstitutunun yaydığı məlumata görə, iyunun 2-si səhər saatlarında M sinfinə aid partlayış baş verib.
Məlumatda qeyd olunub ki, hadisə Moskva vaxtı ilə saat 07:45-də (Bakı vaxtı ilə 08:45-də) qeydə alınıb. M1.2 gücündə olan alışma rentgen diapazonunda müşahidə edilib və təxminən 5 dəqiqə davam edib.
Qeyd edək ki, Günəş alışmaları gücünə görə A, B, C, M və X siniflərinə bölünür. M sinfi yüksək aktivlik göstəricilərindən biri hesab olunur, X sinfi isə ən güclü partlayış kateqoriyasıdır.
Mütəxəssislərin sözlərinə görə, belə hadisələr zamanı Günəşdən ayrılan plazma axınları Yerə doğru hərəkət edərək maqnit qasırğalarının yaranmasına səbəb ola bilər.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...