Güclü günəş partlayışlarının sayı doqquza yüksəldi

Güclü günəş partlayışlarının sayı doqquza yüksəldi
Dünya 129

Bu gün Günəşdə qeydə alınan sondan əvvəlki güc sinfinə aid M partlayışlarının sayı yeddidən doqquza yüksəlib.

BAKU.WS xəbər verir ki, bu barədə Rudiyanın Tətbiqi Geofizika İnstitutu (IPG) məlumat yayıb.

Bildirilib ki, bu gün Günəşdə daha iki güclü günəş partlayışı qeydə alınıb. Onlardan biri Bakı vaxtı ilə saat 17:18-də M6.1 olub və 16 dəqiqə davam edib. Digəri isə M1.4 olub saat 13:13-də başlayıb və səkkiz dəqiqə davam edib. Onların hər ikisi 3981 günəş ləkələri qrupuna daxildir.

Xatırladaq ki, alimlər 2025-ci ilin sentyabrında Yer kürəsində baş verə biləcək mümkün güclü geomaqnit dalğalanmalarından ciddi narahat olduqlarını bildirirlər. Mütəxəssislər vurğulayırlar ki, son illərdə maqnit qasırğalarının sayı və intensivliyi artıb ki, bu da tarixi salnamələrdə qeydə alınan əsas geomaqnit hadisələrin təkrarlanmasına səbəb ola bilər.

Oxşar xəbərlər

Lukaşenko 123 məhbusu əfv edib

Lukaşenko 123 məhbusu əfv edib

Belarus Prezidenti Aleksandr Lukaşenko kalium sənayesinə qarşı ABŞ-nin sanksiyalarının ləğvinə cavab olaraq müxtəlif ölkələrin 123 vətəndaşını azadlığa buraxıb....

10 Dünya 20:05 13 dekabr 2025

Son xəbərlər