Gözəllik kraliçası 85 yaşında vəfat edib
Yeniliklərdən dərhal xəbərdar olun
İsveçli model, aktrisa və yazıçı Gunilla Knutsson 85 yaşında dünyasını dəyişib.
BAKU.WS xəbər edir ki, bu barədə Legacy portalında nekroloq dərc edilib.
Knutsson 1961-ci ildə "Miss İsveç" gözəllik müsabiqəsinin qalibi olub və həmin il "Miss Kainat" yarışmasının yarımfinalına yüksəlib. 1960-cı illərdə bir neçə film və televiziya layihəsində rol alıb. Onun ən tanınmış işi Amerikanın "Gidget Grows Up" komediyasıdır.
Gunilla Knutsson 1940-cı ildə anadan olub. Milli gözəllik yarışmasındakı qələbəsindən sonra Nyu-Yorka köçərək model kimi uğurlu karyera qurub və Life jurnalının üz qabığında yer alıb. O, sağlamlıq haqqında iki kitab yazıb və bu mövzuda araşdırmalar aparıb. Həmçinin peşəkar şərab dadıcısı və Manhettendə gimnastika üzrə təlimçi kimi fəaliyyət göstərib.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...