Google reklamları və süni intellekt üzərindən Mac kompüterlərə VİRUS yayılır

Google reklamları və süni intellekt üzərindən Mac kompüterlərə VİRUS yayılır
Dünya 10

Kibercinayətkarların Google reklamları və süni intellekt platforması üzərindən "Mac" kompüterlərinə zərərli proqram yaydığı məlum olub.

BAKU.WS xəbər verir ki, bu barədə "BleepingComputer" nəşri məlumat yayıb.

Məlumata görə, istifadəçilər axtarış sistemində "Claude mac download" sözlərini yazdıqda qarşılarına çıxan sponsorlu keçidlər vasitəsilə təhlükəli səhifələrə yönləndirilirlər. Həmin səhifələr zahirən rəsmi "claude.ai" domeninə aid görünsə də, istifadəçilərə cihazı yoluxduran əmrlər təqdim olunur.

Kampaniyanı ilk olaraq Trendyol Group-un təhlükəsizlik mühəndisi Berk Albayrak aşkarlayıb. Bildirilib ki, hakerlər Anthropic şirkətinin "Claude" platformasındakı paylaşılmış çat funksiyasından istifadə edərək zərərli təlimatları guya "Apple Support" tərəfindən verilən rəsmi quraşdırma qaydaları kimi təqdim ediblər.

İstifadəçilərdən "Terminal" tətbiqinə xüsusi komanda yerləşdirmələri istənilib. Bu əmrlər nəticəsində cihazlara gizli şəkildə zərərli kod yüklənib.

Araşdırmalar göstərib ki, viruslar sıxılmış və şifrələnmiş formada yaddaşa yerləşdirilir və disklərdə demək olar iz buraxmır. Bundan əlavə, hər istifadəçi üçün fərqli kod yaradıldığına görə antivirus proqramlarının təhlükəni aşkarlaması çətinləşir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər