Google Maps ABŞ-də Ontario gölünün adını "Amerika gölü" kimi göstərməyə başlayıb
Google Maps ABŞ versiyasında Kanada ilə ABŞ arasında yerləşən Ontario gölünün adını "Amerika gölü" olaraq yeniləyib.
BAKU.WS xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.
Google-dan verilən açıqlamada bildirilib ki, ABŞ Coğrafi Adlar Sistemində gölün adının rəsmi şəkildə dəyişdirilməsindən sonra bu yenilik xəritə tətbiqinə də əlavə olunub.
Beləliklə, Google Maps-in ABŞ-dakı istifadəçiləri gölü "Amerika gölü" adı ilə görəcəklər. Kanadadakı istifadəçilər üçün isə gölün adı əvvəlki kimi "Ontario gölü" olaraq qalacaq. ABŞ və Kanada xaricindəki istifadəçilərə isə xəritədə hər iki adın göstəriləcəyi qeyd olunub.
Ad dəyişikliyi ABŞ Prezidenti Donald Trampın avqustun 27-də imzaladığı sərəncamdan sonra həyata keçirilib.
Bu addım Tramp administrasiyasının daha əvvəl Meksika körfəzinin adını ABŞ xəritələrində "Amerika körfəzi" kimi dəyişdirməsini xatırladıb.
Ad məsələsi iki ölkə arasında ticarət gərginliyinin artdığı bir vaxtda gündəmə gəlib. Kanada rəsmiləri ABŞ-ın yeni tarif qərarlarını sərt şəkildə tənqid edib. Tramp isə Ontario əyalətinin baş naziri Duq Fordun açıqlamalarını "lovğalanma" kimi qiymətləndirib.
Oxşar xəbərlər
ABŞ-də atışma: 2 nəfər ölüb, 9 nəfər yaralanıb
ABŞ-nin Nyu-Cersi ştatının Trenton şəhərində baş verən silahlı atışma nəticəsində azı 2 nəfər həyatını itirib, 9 nəfər yaralanıb. BAKU.WS xəbər verir ki, bu bar...