Futbolçu matç zamanı ildırım vurması nəticəsində ölüb - ANBAAN VİDEO

Futbolçu matç zamanı ildırım vurması nəticəsində ölüb - ANBAAN VİDEO
Dünya 339

Perulu futbolçu Xose Hüqo de la Kruz Mesa matç zamanı ildırım vurması nəticəsində dünyasını dəyişib.

BAKU.WS xəbər verir ki, bu barədə "Relevo" məlumat yayıb.

Məlumata görə, hadisə noyabrın 3-də Huancayo şəhərinin iki komandası - "Juventud Bellavista" və "Familia Ciocca" arasında keçirilən oyun zamanı baş verib. Fırtına səbəbindən oyun dayandırıldıqdan bir neçə dəqiqə sonra oyunçular meydanı tərk edərkən ildırım düşüb.

Yerli media Mesanın dərhal xəstəxanaya aparıldığını, həkimlərin gəldiyi zaman futbolçunun öldüyünü bildirib.

Ölən müdafiəçidən başqa, qapıçı Xuan Çokanın da vəziyyəti ağırdır və ağır yanıq xəsarətləri alıb. İldırım vuran qalan futbolçuların sağlamlıq durumu məlum deyil.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər