Frensis Ford Koppalanın çox gözlənilən filmi təqdim olunur

Frensis Ford Koppalanın çox gözlənilən filmi təqdim olunur
Foto
Dünya 168

Məşhur rejissor Frensis Ford Koppolanın "Megalopolis" filminin premyerası baş tutacaq.

Frensis Ford Koppalanın çox gözlənilən filmi təqdim olunur

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, o ekran işi üçün öz cibindən 136 milyon dollar xərcləyib. Bu barədə Frensis Ford Koppola "The Wall Street Journal"a müsahibəsində bildirib.

Rejissor qeyd edib ki, filmin büdcəsi 136 milyon dollardır və bütün vəsait onun şəxsi cibindən xərclənib.

Buna baxmayaraq "Megalopolis"in böyük uğur qazanacağı ehtimalı azdır. Belə ki, kinotənqidçilər filmin ilk həftəsonunda cəmi 6 milyon dollar qazanacağını proqnozlaşdırırlar.

Ekran işi tamaşaçıları gələcəyə aparacaq.

Frensis Ford Koppalanın çox gözlənilən filmi təqdim olunur

Süjet xəttində bir memar Nyu Yorku yenidən qurmaq və onu "dünyanın paytaxtına çevirmək" istəyir, lakin acgöz merin müqaviməti ilə üzləşir.

Rollarda Adam Drayver, Forest Viteyker, Nathali Emmanuel, Con Voyt, Lourens Fişburn, Obri Plaza, Şaya Labaf, Xloy Faynman, Ketrin Hanter və Dastin Hoffman və başqaları yer alıb.

Frensis Ford Koppalanın çox gözlənilən filmi təqdim olunur

Frensis Ford Koppola dünyada sevilərək izlənilən "Xaç atası" filminin də resjissorluğunu edib. Ekran işi 6 milyon dollar büdcəsi ilə istehsalçılarına 268 milyon 500 min dollar gəlir gətirib. Əsas rollarda Marlon Brando, Al Paçino

Ceyms Kaan kimi məşhur aktyorlar çəkiliblər. Film 6 "Oscar"a layiq görülüb. Ekran əsərində hadisələr 1917-ci illərdə cərəyan edir.

Frensis Ford Koppalanın çox gözlənilən filmi təqdim olunur

Frensis Ford Koppola rejissorluğunu etdiyi ekran işləri arasında "Qiyamət" filmi də var. Layihə 1979-cu ildə ekranlaşdırılıb. 31 milyon dollar büdcə ilə istehsalçılarına 78 milyon dollar qazandırıb. Baş rollarda Martin Şiin, Marlon Brando, Robert Duvall

Laurens Fişbörn və başqaları çəkiliblər.

Frensis Ford Koppalanın çox gözlənilən filmi təqdim olunur

Frensis Ford Koppola "Yağış yaradan" filminin həm resjissoru, həm də ssenari müəllifi olub. Dram janrlı ekran işinin baş rolunda Mett Deymon çəkilib. Süjet xəttində Radi Beylor adlı universiteti bitrməyən gənc hüquqşünasın başına gələnlərdən bəhs edilir. 1997-ci ildə ekranlaşdırılan layihə 40 milyon dollar büdcəsi ilə istehsalçılarına 45 milyon 900 min dollar gəlir gətirib.

Frensis Ford Koppalanın çox gözlənilən filmi təqdim olunur

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər