Fransada meşə yanğını böyüyür: 1 500 hektar ərazi külə döndü
Fransanın cənub-qərbində yerləşən Şərqi Pireney departamentində baş verən meşə yanğını geniş əraziyə yayılıb.
BAKU.WS xəbər verir ki, departamentin prefekti Pyer Renonun sözlərinə görə, alov artıq 1 500 hektar ərazini əhatə edib. Yanğın zolağının uzunluğu isə 18 kilometrə çatıb.
Alovun söndürülməsinə 700 yanğınsöndürən və xilasedici, 200-ə yaxın texnika, həmçinin doqquz təyyarə və helikopter cəlb olunub.
Prefekt bildirib ki, bazar günü gecə təkcə Trivellaş kommunası yaxınlığında 900 hektardan çox ərazi yanıb. Güclü külək və çətin relyef səbəbindən yanğının qarşısını almaq mümkün olmayıb.
O, həmçinin qeyd edib ki, vəziyyətlə əlaqədar hakimiyyət orqanları günün sonuna qədər "Tur de Frans" velosiped yarışının mərhələlərindən birinin ləğvi barədə qərar verə bilər.
Oxşar xəbərlər
Rusiya Belarusdan benzin idxalını rekord həddə çatdırıb
Rusiya Belarusdan benzin idxalını rekord həddə çatdırıb. BAKU.WS xəbər verir ki, bu barədə "Vedomosti" qəzeti Qiymət İndeksləri Mərkəzinin (QİM) məlumatlarına i...