Fransada isti hava 2 mindən çox insanı öldürüb
03
iyl
2026
16:11
Fransada müşahidə olunan güclü isti hava dalğası səbəbindən bir həftə ərzində ölüm hallarında kəskin artım qeydə alınıb.
BAKU.WS xəbər verir ki, bu barədə Fransanın səhiyyə naziri Stefani Rist məlumat verib.
Nazirin sözlərinə görə, iyunun 22-28-i tarixlərində əvvəlki illərin orta göstəricisi ilə müqayisədə əlavə 2 025 ölüm qeydə alınıb. O bildirib ki, bu dövrdə ölüm sayı əvvəlki həftə ilə müqayisədə 30 faiz artıb.
Fransa hakimiyyəti ölkədə davam edən isti hava dalğasının əhalinin sağlamlığına ciddi təsir göstərdiyini vurğulayıb.
Oxşar xəbərlər
Rusiyanın bu şəhərində benzin TÜKƏNİB
Rusiyanın Novorossiysk şəhərində yerləşən yanacaqdoldurma məntəqələrində benzin tükənib və satış dayandırılıb. BAKU.WS xəbər verir ki, bu barədə Novorossiysk şə...