Fransa Avropa üçün nüvə çətiri yaratmağı düşünür

Fransa Avropa üçün nüvə çətiri yaratmağı düşünür
Dünya 24

Fransa müdafiə naziri Sebastyan Lekornu Avropa İttifaqı (Aİ) ölkələrini əhatə edəcək mümkün "nüvə çətiri" konsepsiyasını dəyərləndirib.

BAKU.WS xəbər verir ki, o, Franceinfo-ya müsahibəsində Parisin belə bir addım ata biləcəyini bildirib.

Nazir Fransa üçün milli maraqların yalnız ölkə sərhədləri ilə məhdudlaşmadığını vurğulayıb. O, keçmiş Fransa prezidenti Şarl de Qollun sözlərinə istinad edərək bildirib ki, əgər Qərbi Almaniya və Benilüks ölkələri hücuma məruz qalsa, Fransa da bu prosesə cəlb olunacaq.

Lekornu əlavə edib ki, əgər "nüvə çətiri" yaradılarsa, bu silah Fransa dövlətinin tam nəzarətində qalacaq və onun istifadəsi ilə bağlı qərar yalnız Parisin ixtiyarında olacaq.

Bu açıqlama, Fransa prezidenti Emmanuel Makronun ABŞ lideri Donald Trampdan Ukraynada münaqişədən sonra fransız və britaniyalı əsgərlərə hərbi dəstək göstərməyi tələb etdiyi bir vaxta təsadüf edir.

The Wall Street Journal-ın məlumatına görə, Makron bu məsələni Vaşinqtonda Trampla görüşü zamanı xüsusi vurğulayıb.

Son xəbərlər