"First Abu Dhabi Bank": "KOB-lara iqlim keçidində dəstək olmağa çalışırıq
Maliyyə sektoru kiçik və orta biznesin iqlim məqsədlərinə çatmasına dəstək ola bilər.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu "First Abu Dhabi Bank"ın icraçı vitse-prezidenti Şargil Başir COP29 çərçivəsində təşkil olunmuş "İqlim Dəyişikliyinə Dayanıqlı Kiçik Orta Bizneslər" adlı tədbirdə bildirib.
"Bu il KOB-lara 1 milyard ABŞ dolları kredit ayırmışıq. Amma bank olaraq edə biləcəyimiz çox şey var. Biz COP28-in tərəfdaşı olmuşuq. Proqramlar vasitəsilə KOB-ların iqlim fəaliyyəti haqqında məlumatlılığını artırmağa, davamlılıq üçün öz biznes imkanlarını qurmağa, onlara keçid prosesində dəstək olmağa çalışırıq", - deyə o qeyd edib.
Oxşar xəbərlər
Ən cəlbedici qadınlar bu ayda doğulur
Psixoloji sorğular və sosial müşahidələrə görə, ən cəlbedici qadınlar may ayında doğulanlar hesab olunur. BAKU.WS xəbər verir ki, mütəxəssislər bunu yaz fəslin...