Finlandiya Baş naziri dron təhlükəsi ilə bağlı açıqlama verib

Finlandiya Baş naziri dron təhlükəsi ilə bağlı açıqlama verib
Dünya 16

Finlandiyanın Baş naziri Petteri Orpo pilotsuz uçuş aparatları (dronlar) ilə bağlı yayılan iddialara münasibət bildirib.

BAKU.WS xəbər verir ki, bu barədə "Lenta.ru" məlumat yayıb.

Baş nazirin sözlərinə görə, Rusiyanın Ukraynaya məxsus dronları Finlandiya istiqamətinə yönəltməsinə dair heç bir sübut yoxdur. O, ölkəsinin birbaşa hərbi təhlükə ilə üz-üzə olmadığını da vurğulayıb.

"Biz heç kimlə müharibə aparmırıq və birbaşa hərbi təhdid yoxdur", – deyə Orpo qeyd edib.

Hökumət başçısı əlavə edib ki, Finlandiya dron hücumlarının qarşısını almaq üçün kifayət qədər müdafiə imkanlarına malikdir.

Məsələ ilə bağlı digər ekspert rəylərində isə Rusiyanın hərbi potensialı və xüsusilə raket və pilotsuz sistemlər sahəsində güclü imkanlara malik olduğu bildirilir. Bununla yanaşı, Finlandiyanın təhlükəsizlik vəziyyəti ilə bağlı müxtəlif qiymətləndirmələr davam edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər